Çində yeni növ 2019-nCoV virusunun yayılması barədə ilk xəbərdarlıq edən səkkiz həkimdən biri – Li Venlyan bu virusun səbəb olduğu pnevmoniya səbəbindən ölüb.
APA xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti həkimin müalicə olunduğu Uhan Şəhər Mərkəzi Xəstəxanasına istinadən məlumat yayıb.
“Xəstəxanamızda çalışan pftalmoloq Li Venlyan yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya qarşı mübarizə aparan zaman, çox təəssüf ki, virusa yoluxub. O, bütün reanimasiya tədbirlərinə baxmayaraq, həyatını itirib”, - deyə tibb müəssisəsinin məlumatında bildirilib.
Nəşrin yazdığına görə, 34 yaşlı Venlyanda xəstəliyin simptomları yanvarın 10-da aşkar olunub, yanvarın 12-də isə o, xəstəxanaya yerləşdirilib.