• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:32 3 mart 2020

Koronovirusun iqtisadiyyata təsirini azaltmaq üçün tədbirlər görülür

Azərbaycan hökuməti koronovirus böhranının təsirlərini azaltmaq üçün bütün zəruri tədbirləri görür.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı son aylarda Çindən yayılmağa başlayan və rəsmi adı COVID-19 olan virusun iqtisadiyyata təsirləri mövzusunda sualları cavablandırarkən bildirib.

"Azərbaycan qlobal iqtisadiyyatın bir parçasıdır. Qlobal miqyasda baş verən bütün proseslər, o cümlədən, mənfi təmayüllər ölkəmizə təsir göstərir. Ticarət, nəqliyyat, logistika, turizm və s. kimi sahələrin daha çox təsirlənmə ehtimalı var. Koronovirusun Azərbaycan iqtisadiyyatına təsirləri qlobal miqyasda gedən proseslərdən asılı olacaqdır. Bunun üçün hökumət koronovirus böhranının təsirlərini azaltmaq üçün bütün zəruri tədbirləri görür. Bunun üçün cənab Prezidentin göstərişi ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb", - deyə V. Qasımlı bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycan dövləti də bu qlobal şokun təsirini azaltmaq, daha az itki verməklə dövrü geridə qoymağa çalışır: "Əlbəttə, bundan əvvəlki ebola, SARS və başqa xəstəliklərdə olduğu kimi COVID-19 adlanan bu virusun da yayılma miqyası və yan təsirləri bəlli bir kulminasiya nöqtəsinə kimidir. Qlobal və milli səviyyədə yaranan itkilər kulminasiya nöqtəsindən sonra bərpa olunacaq. Azərbaycan dövləti də bu qlobal şokun təsirini azaltmaq, daha az itki verməklə dövrü geridə qoymağa çalışır. Bunun üçün vacib şərtlərdən biri də virusun özündən də sürətlə yayılan informasiya ilə manipulyasiya etməməkdir. Çünki panika bəzən problemin miqyasını dəfələrlə artırır. Xatırladım ki, dünyada Çindən sonra ən çox virusa yoluxma halı olan üç ölkədən biri – İranla sərhədimiz 765 km-dir. Xüsusən də nəzərə almaq lazımdır ki, İranda da ən çox yoluxma halı olan vilayətlərdən biri – Gilan ostanı Azərbaycanla sərhəddədir. Bu halda Azərbaycan insanlarının sağlamlığını qorumaq və iqtisadiyyata olan mənfi təsirləri azaltmaq üçün dövlətlə bərabər hamı birlikdə çalışmalıdır. Xüsusən də, bu aralarda kəmfürsətçillik etmək daha çox qəbahətdir. Məsələn, Çinin və dünyanın aparıcı biznesləri sosial məsuliyyətini başa düşərək problemin həlli üçün dəstək tədbirləri həyata keçirirlər. İnanırıq ki, Azərbaycan dövləti qlobal miqyasda yaranmış bu sınaqdan da uğurla çıxacaq".

ONA

Teqlər:

SON XƏBƏRLƏR