Dağlıq Qarabağda “İsgəndər-M” raketinin qalıqlarının aşkarlanması barədə Bakının məlumatı ilə bağlı Rusiya və Azərbaycan hərbçiləri sıx dialoq vəziyyətindədir.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hərbçilər bu məsələ ilə bağlı sıx dialoq vəziyyətindədirlər və bütün müvafiq məsələlər müzakirə olunur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etdiyini açıqlayıb.