• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:06 22 yanvar 2023

Laçın-Xankəndi yolundan RSK-ya məxsus dörd yük avtomobili keçib - FOTO - YENİLƏNİB

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiya yerindən Xankəndindən Laçın istiqamətinə daha 3 yük avtomobili keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

Beləliklə, Laçın-Xankəndi yolundan indiyə qədər RSK-ya məxsus 26 avtomobil keçib.

***

saat 09.55

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, hazırda aksiya yerindən Xankəndindən Laçın istiqamətinə daha iki yük avtomobili keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR