Beynəlxalq gündəmdə olan mövzulardan Dağlıq Qarabağdakı vəziyyətə prioritet diqqət ayırdıq.
APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Ankaranın münaqişə tərəflərinin öhdəliklərini yerinə yetirilməsinin icrasına göstərdiyi yardım səylərini alqışlayırıq”, - deyə S. Lavrov vurğulayıb.