“Ümumiyyətlə, bildirmək istərdik ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur”.
APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in erməni əsilli saxlanılan şəxs Maral Nazaryanla bağlı sualını cavablandırarkən deyib.
“Vətən müharibəsi zamanı saxlanılan 5 qadın, əksəriyyəti hətta hərbi əməliyyatlar davam edən zaman sərbəst buraxılıb”, - deyə XİN rəsmisi qeyd edib.