• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:15 1 avqust 2019

XİN sözçüsü: “Mnatsakanyan “stabilliyin” mənasını yanlış anlayır"

"Başqa bir ölkənin torpaqlarını hərbi işğal altında saxlayan və qanlı etnik təmizləmə həyata keçirən istilaçı ölkə necə “stabillik adası” ola bilər?! İlk növbədə beynəlxalq hüquqa hörmət edilməlidir”.

ONA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Alman Marşal Fondunun baş mütəxəssisi Conatan Katza müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

L. Abdullayeva özünün “Twitter” səhifəsində bildirib ki, Ermənistan xarici işlər naziri “stabilliyin” mənasını yanlış anlayır.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Alman Marşal Fondunun baş mütəxəssisi Conatan Katza müsahibəsində Ermənistanı “stabillik adası” adlandırıb və ölkəsinin regionda stabilliyə töhfə verdiyini deyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR