• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    18:42 21 noyabr 2019

Mariya Zaxarova: "Sülh planı bütün məcburi köçkün və qaçqınların əvvəl yaşadıqları ərazilərə dönmək hüququnu əhatə etməlidir”

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarında da dəfələrlə qeyd olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh planı bütün məcburi köçkünlərin və qaçqınların əvvəl yaşadıqları ərazilərə geri dönmək hüquqlarını əhatə etməlidir”.

APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin münaqişəyə qədər yaşadıqları ərazilərə qayıdaraq erməni əhalisi ilə birgə yaşamasının və Dağlıq Qarabağ erməniləri ilə bərabər münaqişənin nizamlanması prosesində iştirakının mümkünlüyü barədə suala cavabında deyib.

“Danışıqlar prosesinə və onun formatına gəlincə isə bu elə məsələdir ki, müzakirələrdə iştirakçıları tərəflər müəyyənləşdirməlidir. Tərəflər iştirakçılarla bağlı razılıq əldə edib və hazırda danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində aparılır. İki paytaxt və iki ölkə arasında razılıq əldə olunsa, Rusiya XİN olaraq biz bunu dəstəkləyəcəyik. Bir daha vurğulayım ki, biz iki ölkə arasında əldə olunacaq razılaşmaları dəstəkləyəcəyik”, - deyə M. Zaxarova qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR