• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:43 17 mart 2021

Media nümayəndələri Azıx mağarasında olublar - FOTO

İşğaldan azad olunmuş ərazilərə media-tur çərçivəsində jurnalistlər Xocavənd rayonunun Azıx kəndi yaxınlığında yerləşən Azıx mağarasında olublar.

APA-nın məlumatına görə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə, Quruçay yatağında yerləşən Azıx mağarası ən qədim yaşayış məskənlərindən biridir.

Burada 1960-cı illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində qədim insanın alt çənə sümüyü və yaşayış izləri aşkar olunub.

Qeyd edək ki, işğal illərində ermənilər Azıx mağarasında qanunsuz qazıntı işləri aparıb, tapılan arxeoloji materialları mənimsəyiblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR