Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinə səfərlə bağlı paylaşım edib.
ONA-nın məlumatına görə, paylaşımda deyilir:
“Əziz qardaşlar və bacılar!
Bizim doğma, işğaldan azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! Böyük məmnuniyyətlə bu gözəl diyara etdiyimiz səfərimizin görüntülərini sizinlə paylaşıram.
Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN".