"Siyasi iradə olmadan nəyəsə nail olmaq qeyri-mümkündür".
ONA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, sülh danışıqlarında iştirak edən şəxs kimi erməni həmkarına həmişə sual verir: "Torpağı götürüb qaçmaq mümkün olmayacaq. Siz işğal olunmuş ərazilərdən nə qazandınız, sıravi ermənilər nə qazandılar, həyatları yaxşılaşdımı? Bu, həm də Ermənistanın siyasi rəhbərliyə göndərilən ismarıcdır".