• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:36 5 mart 2019

Məmmədyarov: "Xalqları sülhə hazırlamaq istiqamətində işlər görülür"

"Mitoslav Layçakla ətraflı fikir mübadiləsi apardıq".

ONA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, M. Layçakın gələn həftə Ermənistana səfər edəcəyini bildirib: "Hər kəs istəyir ki, münaqişənin həlli üzrə proses danışıqlar yolu ilə aparılsın. Erməni xalqı bu məsələdə əziyyətdən başqa heç nə qazanmadı. Nazirlər səviyyəsində 4 dəfə görüşmüşük. Azərbaycan Prezidenti Ermənistanın baş naziri ilə 3 dəfə görüşüb. Məsələ budur ki, işimizi necə quraq ki, proses yerindən tərpənsin. "Status kvo" qəbuledilməzdir. Xalqları sülhə hazırlamaq lazımdır və bu istiqamətdə işlər görülür".

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR