• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:39 5 oktyabr 2020

Məşhur erməni bloger Nikol Paşinyanı Gəncəni vurmaq əmri verməkdə ittiham edib

Məşhur erməni bloger Tiqran Köçəryan özünün http://pigh.tv/?p=13 səhifəsində yerləşdirdiyi çağırışda Ermənistanın baş naziri Nikol Paşinyanı kəskin tənqid edərək, onu, faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında ittiham edib.

APA-nın məlumatına görə, o, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (Xankəndi - red.) rus hərbiçilərinin olması barədə yalan şayiələr yaydığını iddia etmişdir.

T. Köçəryan öz mənbələri vasitəsilə bu şayiələrin yalan olduğunu təsdiqləyib. Bloger həmçinin Dağlıq Qarabağın cənub cəbhəsində (Füzuli-Cəbrayl istiqaməti nəzərdə tutulur - red.) ermənilərin tam iflasa uğraması, yaralıları daşımaq üçün maşınların olmaması səbəbindən, bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində (Ağdərə istiqaməti nəzərdə tutulur - red.) isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə yazıb.

Ən maraqlısı isə T. Köçəryanın Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham etməsidir.

T. Köçəryan anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini də işğal altında olan Xankəndinin gündəlik bombalanması kimi aqibət gözləyə bilər.

Qeyd edək ki, oktyabrın 4-də Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutuıması nəticəsində 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR