• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:48 27 fevral 2019

Mətin Feyzioğlu: "24 apreli dünyaya qəbul etdirmək cəhdinin arxasında Xocalı soyqırımını unutdurma istəyi dayanır"

“Xocalıda insanlar sadəcə türk və müsəlman olduqları üçün qətlə yetiriliblər”.

Bu sözləri ONA-nın Türkiyə bürosuna müsahibəsində Türkiyə Vəkillər Assosiasiyasının sədri Mətin Feyzioğlu deyib. O bildirib ki, bu, çox tipik etnik təmizlik hərəkətidir: “Bu soyqırımı cinayətidir və soyqırımı müəyyənləşdirən beynəlxalq hüquqa əsasən onun bütün əlamətlərini özündə daşıyır. Bu faciə dünyanın gözü önündə baş verib”.

Mətin Feyzioğlu Xocalı soyqırımının beynəlxalq məhkəmədə mühakiməsi üçün Azərbaycan və Türkiyə vəkillərinin birgə çalışmasının mümkünlüyü məsələsinə də toxunub. Bildirib ki, beynəlxalq məhkəmə dedikdə siyasi güc məsələsi ortaya çıxır: “Türklərin qarşı soyqırımı törətməklə bağlı əsassız iddialar irəli sürülərkən dünyanın gözü önündə türklərə qarşı Xocalıda soyqırımı cinayəti törədildi. Burda ərköyünlük və üstə çıxma cəhdi var. Bu cinayətlərini gizlətmək üçün, arsızcasına Türkiyəyə “siz soyqırımı cinayəti törətdiniz” deyirlər ki, biz daşnak qruplarının işlədiyi soyqırımı gündəmə gətirməyək. Təəssüf ki, tarixini bilməyən bəzi özünü ziyalı kimi göstərənlər də hər il aprelin 24-də “üzr istəyirik, peşmanıq, kaş ki olmayaydı” deyərək türklər ermənilərə qarşı soyqırımı törədibmiş kimi boyunlarını bükürlər. Boynunu bükən Xocalı soyqırımını gündəmə gətirə bilməz. Burda çoxplanlı bir əməliyyat var. 24 apreli qondarma “erməni soyqırımı” günü kimi dünyaya qəbul etdirmək cəhdinin arxasında Xocalı soyqırımını unutdurma, ya da gündəmə gətirməyin qarşısını alma istəyi dayanır”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR