“Atəşkəs olmasına baxmayaraq, dünən yenə də bir komandirimiz şəhid olub”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Çingiz Qənizadə bildirib.
O deyib ki, bu hadisə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgədə səfərdə olduğu dövrdə baş verib: “Milli Məclis ATƏT-in Minsk Qrupuna bu hadisə ilə bağlı etirazını çatdırmalıdır”.
Spiker Oqtay Əsədov isə Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk Qrupuna məsələ ilə bağlı mövqeyini çatdırdığını bildirib: “Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni beynəlxalq təşkilatlarda yüksək səviyyədə qaldırsınlar”.