Mingəçevir şəhərində azyaşlı qızı maşın vurub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə ASAN Xidmət Kompleksinin qarşısında qeydə alınıb.
Valideyn nəzarətsizliyi səbəbindən yol kənarda olan 2014-cü il təvəllüdlü Əhmədli Əsma Elvin qızını minik maşını vurub. Xəsarət alan azyaşlı dərhal Dövlət Yol Polisinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.