“Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik”. APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M. Çavuşoğlu döyüşdə qazanılan uğura görə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunu, qardaş Azərbaycan xalqını təbrik edib: “Azərbaycan uzun illər münaqişəni sülh yolu ilə həll etmək istədi, ancaq atəşkəsi pozan Ermənistan oldu. Döyüşdəki qələbədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında bir atəşkəs razılaşması imzalandı. Əvvəlcə 3 dəfə atəşkəs razılaşmasını pozan Ermənistan oldu”.
Türkiyə Xarici işlər naziri qeyd edib ki, Azərbaycanın istədiyi 30 il işğal altındakı torpaqlarını geri almaqdır: “Qardaş Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi üçün hansı çözümə üstünlük verirsə, seçirsə, Azərbaycanın yanındayıq. Azərbaycanın işğal altındakı torpaqları azad edilməyənə qədər davamlı atəşkəs ola bilməz, biz bunu dəfələrlə bildirdik. Azərbaycanın işğal altındakı torpaqlarının qaytarılması üçün son razılaşma ilə bir təqvim müəyyənləşdi”.