"Biz sülh və barışıq şəraitində yaşamırıq. Dörd tərəfimizdə müharibələr gedir və biz NATO-nun ən öndəki cəbhə xəttindəyik".
ONA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə çıxış edərkən deyib.
Nazir NATO-nun üzləşdiyi təhlükələr sırasında Dağlıq Qarabağ münaqişəsini də qeyd edib: "Türkiyəyə baxdıqda, bölgəmizdə qeyri-qanuni miqrasiyadan terrora qədər, Qarabağ, Gürcüstan, Krım, Kipr məsələləri kimi bir sıra problemlər mövcuddur".