“Beynəlxalq ictimaiyyət öz mənafeyini üstün tutaraq dünyadakı bir sıra problemlərə göz yumur”.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tələbələrlə görüşü zamanı deyib.
O, bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsini, Krım, Abxaziya, Cənubi Osetiya kimi münaqişələri sadalayıb.
“Bunların hamısını həll etmək üçün səy göstərməliyik”,- deyə Türkiyə XİN əlavə edib.