Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
"Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir", - deyə məlumatda qeyd olunub.