• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:04 22 mart 2019

Münaqişə zonalarında qanunsuz fəaliyyətlər BMT Sülh Universitetində müzakirə ediləcək

BMT-nin Sülh Universitetində Azərbaycanın təşəbbüsü ilə “Münaqişə zonalarında qanunsuz iqtisadi fəaliyyətlərin insan haqlarına təsiri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

ONA-nın məlumatına görə, konfrans aprelin 9-a nəzərdə tutulub. Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə BMT Sülh Universitetinin rektoru Fransisko Royas Aravena və Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev çıxış edəcək.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR