• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:56 31 avqust 2020

Nazir: "Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək"

"Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov "Twitter"də bildirib.

"Qubadlısız 27 il. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və rayon Azərbaycan əhalisindən etnik cəhətdən təmizlənib.

Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə qayıdacaqlar!", - deyə nazir paylaşımında qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR