• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:22 4 aprel 2019

Nazir: "Bir tərəfdə müsbət irəliləyişlər əldə edirik, digər tərəfdə Ermənistanın müdafiə naziri yeni çətinliklər yaradır"

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər nifrəti necə azaltmağın yollarını axtara bilər. Biz insanlar arasında münasibətlərin yaranması, məzarların ziyarət edilməsi, hətta jurnalistlərin oradan yaxşı reportajlar hazırlaması ilə bağlı fikrirləri qəbul edirik".

ONA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Vyana görüşü yeni başa çatıb: "Yekunda bəyanat qəbul etdik. Bəyanatdan 3 saat sonra isə Ermənistan müdafiə naziri bəyan edir ki, artıq onun yeni formulu var və bu, “ərazi üçün sülh” yox, “yeni müharibə-yeni ərazilər” formuludur. Bu böyük çaşqınlıq yaradır. Biz bir tərəfdə müsbət irəliləyişlər əldə edirik, digər tərəfdə Ermənistanın müdafiə naziri yeni çətinliklər yaradır. Bu, üzərində işləməli olduğumuz işlərdən biridir, ancaq bunu biz özümüz edə bilmərik. Ermənistan nəsə etməlidir. Bir şey anlaşılmalıdır ki, ilhaq, separatizm bu gün beynəlxalq əlaqələrdə işləmir. Onlar bu gün kimlərsə tərəfindən həvəsləndirilə bilərlər. Lakin yenə deyirəm, BMT TŞ-nin 4 qətnaməsi ərazi bütövlüyü, suverenlik və beynəlxalq sərhədlər prinsipini açıq əks etdirir. Biz bu mövzuda açığıq. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər şey müzakirə edilə bilərik. Lakin bir şey dəqiqdir ki, hərbçilər geri çəkilməlidir. Nə qədər ki, hərbçilər üz-üzədir, bu, nizamlanma əvəzinə problem yaradır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR