• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:50 5 mart 2019

Nazir müavini: "İşğal altındakı ərazilərdə fəaliyyət göstərən şirkətlər məsuliyyətə cəlb olunmalıdır"

"Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi fəaliyyətlərlə məşğul olaraq orada olan xammalı xarici ölkələrə ixrac edir".

ONA-nın məlumatına görə, bu sözləri iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov "Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri " mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, şirkətlərin bir çoxu tam şəkildə Ermənistanda, bəziləri isə ofşorda qeydiyyata alınıb: "Ermənistanın dövlət strukturları bu qeyri-qanunu fəaliyyəti dəstəkləyir, istehsalı, ixrac və ticarəti açıq şəkildə təşviq edir. Mədən şirkətləri qanunsuz lisenziya alıb ixrac siyasəti həyata keçirir. Onlar ziyanlı addımlarla təbiətə və ətraf mühitə mənfi təsir göstərirlər. Bu fəaliyyətləri heç bir ölkə qanunu hesab etməməli, buna dəstək göstərməməlidir. Qeyri-qanuni fəaliyyətlər cinayət kimi beynəlxalq hüquqi sənədlərdə əks olunub və həmin şirkətlər məsuliyyətə cəlb olunmalıdır.

Azərbaycan beynəlxalq şirkətlərlə və beynəlxalq maliyyə institutları ilə sıx şəkildə çalışır. Bu məsələyə müsbət təsir edəcək bütün tərəflərlə işləyir. Qeyri-qanuni fəaliyyət humanitar yardım adı altında da aparılır. Əslində, bu yardım faktiki olaraq erməni hərbçilərə yönləndirilir ki, "status-kvo"nu davam etdirsinlər".

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR