• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:13 24 dekabr 2020

Nazir: "Qarabağın bərpasına 2,2 milyard manat ayrılır"

“2021-ci ildə orta aylıq əməkhaqqı 727 manat proqnozlaşdırılır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, yaşayış minimumunun 196 manat olması proqnozlaşdırılır və bununla bağlı qanun layihəsi hökumətə təqdim edilib: “Şübhəsiz ki, işğaldan azad edilmiş torpaqlar həm də strateji iqtisadi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Qarabağın bərpasına 2,2 milyard manat ayrılır. Bu ərazilərin inkişafı gələcəkdə turizm, kənd təsərrüfatı və digər sahələrin inkişafına şərait yaradacaq. Beynəxalq nəqliyyat kommunikasiya layihələri məhz bu ərazilərdən həyata keçiriləcək. Bütün bunların yaxın vaxtlarda gerçəkləşməsi dövlət büdcəsinin əlavə gəlir mənbələrinin təmin olunmasına təkan verəcək”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR