Ermənistanın baş naziri Nikol Paşinyan Avstriyanın paytaxtı Vyanaya səfər edib.
ONA-nın xəbərinə görə, sabah Azərbaycan Prezidenti İlham Əliyevin onunla ilk rəsmi görüşü olacaq.
Qeyd edək ki, artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Vyanada səfərdədirlər. Bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə nazirlərin görüşü olub.