“Ermənistanın atəşkəsi pozması qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir”.
APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee mətbuat brifinqində deyib.
O qeyd edib ki, Pakistan Azərbaycanın yanındadır və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll olunmasını dəstəkləyir.