Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında çıxış edən MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, artıq həmin 7 nəfərə imza vərəqələri verilib.