Ermənistanın baş naziri Nikol Paşinyan fəaliyyətdə olan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
ONA-nın erməni mətbuatına istinadən yaydığı xəbərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.
Görüş zamanı tərəflər qarşılıqlı etimad və sülh mühitinin yaradılması istiqamətində atılan addımların vacibliyini qeyd ediblər.