• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:07 11 aprel 2019

Paşinyan Tonoyanın Vyana görüşündən sonra verdiyi bəyanata münasibət bildirib

Ermənistanın bnaziri Nikol Paşinyan AŞPA-nın sessiyası çərçivəsində Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandla mətbuat konfransı keçirib.

N. Paşinyan konfransda ONA-nın Avropa müxbirinin "Sizin Vyana danışıqları ilə bağlı açıqlamalarınızla Ermənistanın müdafiə naziri David Tonoyanın bəyanatı arasında ziddiyyət olduğunu qəbul edirsinizmi" sualını cavablandırıb.

Baş nazir Vyana görüşü sonrası onun fikirləri ilə D. Tonoyanın fikirləri arasında ziddiyyət olduğunu düşünmədiyini bildirib.

"Bu, vəziyyətin bu cür şərh edilməsi ilə bağlı idi. Bizim təklifimiz odur ki, Azərbaycanla aramızda zorakılıqla təhdid etməyi, hədə-qorxu gəlməyi, bu cür sözlər istifadə etməyi dayandıraq. Biz cəmiyyətlərimizi müharibəyə deyil, sülhə çağırmağı təklif edirik. Ümid edirik ki, Azərbaycan da bizim çağırışımıza səs verəcək. Belə olan halda tamamilə başqa situasiya yaranacaq", - deyə o qeyd edib.

Aytən Abbaslı

Aytən

Teqlər:

SON XƏBƏRLƏR