• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:59 27 fevral 2019

Polşa vətəndaşının adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb

Polşa vətəndaşı Karol Malolepşının adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb. XİN-dən ONA-ya verilən məlumata görə, o, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. O məktubunda

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini qeyd edib. Səfərinə görə üzr istəyən Karol Malolepşı gələcəkdə Azərbaycana səfər etməsi üçün icazə verilməsini xahiş edib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR