Polşanın Poznan şəhərində “Little Armenia” adlı restoranın girişində quraşdırılmış lövhədə Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan təsvir verilib.
Azərbaycanın Polşadakı səfirliyindən ONA-ya verilən məlumata görə, sözügedən təsvirdə Ermənistanın xəritəsi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə birgə göstərilib.
Bu qəbuledilməz təsvirin “Little Armenia” adlı restoranının üzərindəki lövhədən yığışdırılması istiqamətində səfirlik tərəfindən dərhal təxirəsalınmaz fəaliyyətə başlanıb. Bununla əlaqədar Polşanın müvafiq qurumlarına etiraz məktubları göndərilib və müvafiq görüşlər keçirilib. Səfirlik tərəfindən görülmüş tədbirlər nəticəsində yuxarıda qeyd edilən təsvir restoranın üzərindən götürülüb.