• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:36 5 aprel 2019

Prezident: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur” - YENİLƏNİB

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur”.

ONA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlərlə görüşdə deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində, həmçinin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır: "Azərbaycan bu istiqamətdə bütün lazımi işləri görür. Həm tarixi ədalət bizim tərəfimizdədir, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, iqtisadi və hərbi potensial ölkəmizi daha da gücləndirir. Biz bundan sonra da bu məsələ ilə bağlı ardıcıl siyasət aparacağıq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər".

Cavid

Teqlər:

SON XƏBƏRLƏR