“Azad etdiyimiz ərazilərdəki dağıntılar bizim gözlədiyimizdən də artıq idi”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, ermənilərin bizim şəhər və kəndlərimizə nələr etdiklərindən az-çox xəbərimiz vardı: “Zaman-zaman videolarda görürdük, həmin ərazilərə gedən beynəlxalq nümayəndələrin verdiyi məlumatları eşidirdik. Lakin azad etdiyimiz ərazilərdəki dağıntıların bizim gözlədiyimizdən də artıq olduğunu gördük”.