• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:57 12 oktyabr 2020

Prezident İlham Əliyev: “Bir neçə yaşayış məntəqəsi tam nəzarətimiz altındadır, sadəcə olaraq, hələlik o yaşayış məntəqələrinə girməmişik”

“İlk növbədə, Ermənistanın terror mahiyyətini nəzərə almaq lazımdır, çünki onlar döyüş meydanında uduzurlar”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır, hər gün ya hansısa kənd, ya şəhər işğaldan azad edilir, yaxud da kəndlərin yerləşməsi nəzarət altına alınır: “Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır, sadəcə olaraq, biz hələlik o yaşayış məntəqələrinə girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ermənistan cəbhənin bütün istiqamətlərində məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz məğlubiyyətini, öz acısını mülki əhalidən çıxarmaq istəyir. Bu onların xislətidir. Gəncə hücumunu törədənlər də məhz Xocalı soyqırımını törədənlərdir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR