“Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda olan erməni əsgər və zabitlərinin meyitlərinin və iki nəfər yaşlı erməninin Ermənistan tərəfə təhvil verilməsi ilə bağlı humanitar təşəbbüs irəli sürülüb”.
APA-nın yerli müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, Azərbaycanın oktyabrın 18-dən belə bir təşəbbüs irəli sürməsinə baxmayaraq, Ermənistan tərəfi bu təşəbbüsə cavab verməyib: “ Bu gün isə bu proses baş tutdu, 30 erməni meyiti və yaşlı ermənilərdən biri Ermənistan tərəfinə təhvil verildi. Ermənistan-Azərbaycan sərhədinin Tovuz-Qazax istiqamətində humanitar koridor yaradıldı və meyitlər, yaşlı şəxs təhvil verildi”.