• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:48 3 noyabr 2020

Prezidentin köməkçisi: “Ermənistan Qubadlı və Zəngilan istiqamətində təxribatlar törədir”

“Qubadlı və Zəngilan istiqamətində dövlət sərhədində Ermənistanın təxribatları davam edir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan bu ərazilərin azad edildiyini və dövlət sərhədi olduğunu dərk etməlidir: “Azərbaycanın Ermənistan ərazisində hər hansı hədəfləri olmadığını bir daha bəyan edirik”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, oktyabrın 8-də Füzuliyə fosforlu mərmi düşüb və ANAMA onu neytrallaşdırılıb: “Bu günlərdə Ermənistan tərəfindən Şuşa meşələrinin, Topxana meşələrinin yandırılması üçün fosforlu mərmilərdən istifadə edilir. Ermənistan tərəfindən Xocavənd istiqamətində böyük fosfor maddəsi gətirilməsi barədə kəşfiyyat məlumatı var. Tərkibində ağ fosfor olan mərmilərdəki fosfor tənəffüslə ağciyərə daxil olduqda ciddi fəsadlar törədir. Dəri ilə təmasda olduqda isə əzələdə, daxili orqanlarda ciddi fəsadlar yaradır. Ermənistan bu silahdan istifadə etməklə Azərbaycan Ordusuna və mülki əhaliyə zərbə vurmaq istəyir. Ağ fosforlu silahlardan istifadə edilməməsi BMT-nin 1982-ci ildə qəbul etdiyi sənəddə, o cümlədən Cenevrə Konvensiyasında əksini tapıb. 1997-ci ildə Ermənistanın qoşulduğu Konvensiyaya əsasən də bu silahdan istifadə qadağandır. Ermənistan ballistik silahlara malikdir və ağ fosfordan da bu silahlarda istifadə edə bilər”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR