“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər bəzi şəhərlərində əhalinin sıx məskunlaşdığı mülki obyektlərə raket zərbələri endirirlər”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.
O bildirib ki, bu, barbarlıq və vandalizmdir.
“Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyinin göstəricisidir”, - deyə H. Hacıyev vurğulayıb.