Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağın cənub-şərq hissəsində yerləşən qeyri-qanuni hərbi hissələrdən birinin döyüş postunda erməni hərbi qulluqçusu güllə yarası alıb.
ONA panarmenian.net-ə istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilən1998-ci il təvəllüdlü Aqanik Qarnnikoviç Zoroqlyanın vəziyyəti ağırdır.
Onun əsgər yoldaşı tərəfindən vurulması istisna edilmir.
Faktla bağlı istintaq aparıldığı bildirilir.