• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    18:45 8 aprel 2019

Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini gündəmə gətirib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini gündəmə gətirib.

ONA-nın Avropa bürosunun xəbərinə görə, Qənirə Paşayeva Avropa Şurasının İnsan Haqları üzrə Müvəkkili Dunya Miyatoviçə sual ünvanlayıb.

“Rəsmi Bakı Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan tərəfinə qaytarılması üçün dəfələrlə çağırışlar edib. Ancaq Ermənistan tərəfi onların hüquqlarını pozmaqda hələ də davam edir. Avropa Şurası bu məsələyə nə qədər səssiz qalacaq?”,- deyə deputat soruşub.

“Biz Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsinin həlli üçün əlimizdən gələni edirik. Bununla bağlı ombudsmanla və yetkili şəxslərlə də danışmışıq” - deyə D.Miyatoviç cavab verib.

O bildirib ki, bu məsələnin həlli Azərbaycan və Ermənistan liderlərindən asılıdır: “Mən deməzdim ki, biz bu məsələyə səssiz qalmışıq. Biz iki tərəflə də görüşürük. Hər iki tərəfdə də əsirlər var. Çox yaxşı haldır ki, Azərbaycan və Ermənistan insanları sülhə səsləyir. Biz bölgədə gedən inkişafı, dəyişiklikləri daim izləyirik, ancaq düşünürəm ki, bu məsələnin məsuliyyəti liderlərin üzərindədir”.

Aytən Abbaslı

Aytən

Teqlər:

SON XƏBƏRLƏR