• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    09:58 13 may 2019

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 14-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

ONA Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR