“Biz azərbaycanlı icmanın Dağlıq Qarabağda yerlərinə, yuvalarına qayıtmasını istəyirik”.
APA-nın məlumatına görə, bunu bu gün BMT-nin Bakıdakı nümayəndəliyinin ADA Universiteti ilə birlikdə BMT-75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.
Q. İshaqzai deyib ki, özü də münaqişəli ölkədə böyüyüb, qaçqın, köçkün olub: “BMT-nin mavi bayrağı bu gün də ümid ifadə edir. BMT münaqişədən əziyyət çəkən insanların qida və digər problemlərini həll etməyə çalışır. İstəyirik ki, ölkələr birləşərək problemlərini həll etsin”.