“Regionda Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son verilməlidir”.
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdən dərhal geri çəkilməli, region yenidən sülh və sabitliyə qovuşmalıdır.
“Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.