• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    17:43 2 aprel 2019

Komitə sədri: “Ermənilər bizə qalib gəlməyiblər"

“Ermənilər bizə qalib gəlməyiblər. Baxmayaraq ki, o dövrdə Azərbaycan dövləti zəif idi və ölkənin rəhbərliyində qətiyyətsiz, qeyri-peşəkar adamlar vardı”.

ONA-nın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Komitə sədri bildirib ki, erməniləri həmişə havadarları himayə edib: “Mən belə düşünürəm ki, ermənilər heç zaman bizdən güclü ola bilməz. Onları həmişə havadarları himayə edib".

Komitə sədri qeyd edib ki, ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı xalqımızın gözünün qabağındadır: “Bütün tapşırıqlar da məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlıdır. Cənab Prezident sağ olsun ki, bu etimadı mənə göstərib. Mən öz fəaliyyətimi tam şəffaf, vicdanla, bacardığım qədər həyata keçirməyə hazıram. Bizim üçün bu gün əsas məsələ məcburi köçkünlərin gündəlik həyatına töhfəmizi verə bilməkdir”.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR