• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:55 10 fevral 2021

Rusiya XİN başçısının müavini həmsədrlərin hansı işləri görə biləcəyini açıqlayıb

“ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətini davam etdirməlidir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində “Minsk Qrupu formatının Qarabağ münaqişəsinin yekun nizamlanmasında hansı perspektivləri var?” sualına cavabında deyib.

Rusiyalı diplomat bu formatın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinin işlənib hazırlanmasına vacib töhfə verdiyini bildirib.

Nazir müavinin sözlərinə görə, bu töhfələrin çoxu - Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, qaçqınların qayıtması, Dağlıq Qarabağla Ermənistanı əlaqələndirən dəhlizin saxlanılması, təhlükəsizliyin təmin edilməsi, sülhməramlı əməliyyatı, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması 2020-ci il 9 noyabr bəyanatında öz əksini tapıb.

“ATƏT-in Budapeşt sammitinin (1994-cü il) qərarlarına müvafiq olaraq həmsədrlərə həvalə olunan hərtərəfli siyasi nizamlanmaya nail olmaq əvvəlki kimi tələb olunan vəzifədir. “Üçlük” güclü beynəlxalq dəstəyə malikdir və status məsələsi daxil olmaqla gələcək addımlara qarşılıqlı məqbul yanaşmaların işlənib hazırlanmasında faydalı ola bilər. Lakin vaxtı çatanda, ehtiyatlı və tələsməyərək. İndi ATƏT-in Minsk Qrupu, onun həmsədrləri ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərinin gücləndirilməsində fəal ola bilər. Vətəndaş cəmiyyəti çərçivəsində dialoqun inkişafı regiondakı vəziyyətin ümumi sağlamlaşdırılmasına və siyasi trekdə gələcək addımlar üçün ilkin şərtlərin yaradılmasına kömək edəcək”, - deyə A. Rudenko vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR