• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    18:44 17 aprel 2020

Rusiya XİN: Pandemiyaya baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı iş davam etdirilir

“Koronavirus pandemiyasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı iş davam etdirilir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, Rusiya XİN başçısının azərbaycanlı və erməni həmkarları ilə apardığı telefon danışıqlarını xatırladıb.

M. Zaxarova bildirib ki, telefon danışıqlarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərə toxunulub.

“Tərəflərlə müntəzəm təmasları ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik həyata keçirir. Davam edən məsləhətləşmələrdə koronavirus infeksiyası və onun danışıqlar prosesinə təsiri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər dayanır. Sərhəddə və qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunur”, - deyə Rusiya XİN-in nümayəndəsi vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR