Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrləri Moskva görüşünün yekununa dair bəyanat yayıb.
ONA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyana sammitində əldə olunmuş razılığa uyğun olaraq görüş iştirakçıları sərhəddə və təmas xəttində vəziyyəti, həmçinin humanitar sahədə humanitar sahədə əlaqələrin perspektivinə dair müzakirə aparıblar.
Münaqişənin həlli ilə bağlı əsas aspektlər istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.