• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:28 15 mart 2019

Rusiya XİN: "Ərazi bütövlüyü və xalqların müqəddəratı təyin etmək prinsiplərinə ayrılıqda baxmaq olmaz"

Ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək prinsiplərinə ayrılıqda baxmaq olmaz. Əks halda bu silah sənin özünə qarşı yönələ bilər”.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın beynəlxalq hüququn əsas iki prinsipindən hansına daha çox üstünlük verməsi ilə bağlı suala Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya belə cavab verib.

"Sizin sualınız ona bənzəyir ki, insana sual verirsən, güllənin sizin başınızın sağ tərəfindən, yoxsa sol tərəfindən keçməsini istəyərsiniz. Bu barədə müasir beynəlxalq hüququn əsaslarını təşkil edən sənədlərdə çox yazılıb. Bunlar elə şeylərdir ki, bunlara bir-birindən ayrılıqda baxmaq olmaz. Fikrimcə, bunlar arasında konkret vəziyyəti anlamadan, analiz etmədən seçim də etmək olmaz. Mən hüquqşünas deyiləm, amma bir şeyi bilirəm ki, bu prinsiplərlə birlikdə işləmək lazımdır. Əgər belə olmasa, o zaman bu silah sənin özünə qarşı, dövlətə, xalqa qarşı yönələ bilər",- deyə Mariya Zaxarova bildirib

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR