Rusiyanın Krasnodar diyarının Armavir şəhərində Ermənistanın milli qəhrəmanı, faşist Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlanıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, petisiyada Armavir şəhərinin rəhbərliyinə, eləcə də ictimaiyyətə Q. Njdenin xatirə lövhəsinin sökülməsi üçün səyləri artırmağa çağırış edilib.
Bildirilib ki, Q. Njdenin xatirə lövhəsi Böyük Vətən Müharibəsi veteranlarının xatirəsinə təhqirdir və Rusiyanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı apardığı mübarizə ilə ziddiyyət təşkil edir.
Faşist Q. Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiyanın linki: