• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    18:41 23 aprel 2019

Rusiyada qondarma "erməni soyqırımı"na həsr olunan aksiyanın qarşısı alınıb

Moskvanın Erməni Gəncləri Assosiasiyası, Erməni Muzeyi və Rusiya Erməniləri Birliyinin birgə təşkilatçılığı ilə qondarma "erməni soyqırımı"na həsr olunan fləşmob formatında aksiyaya icazə verilməyib.

ONA-nın Rusiya bürosunun məlumatına görə, aksiya keçiriləcək Erməni Apostol Kilsəsinin həyətinə erməni diasporunun gənc nümayəndələri toplaşıb.

Hadisə yerinə təhlükəsizlik tədbirləri görmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Erməni diasporuna fləşmob aksiyasını keçirmək üçün icazə verilməyib.

Erməni din xadimlərinin aksiyaya gələn şəxslərlə danışığından sonra onlar dağılışıblar.

Qeyd edək ki, erməni diasporunun nümayəndələri aksiyanın reklam bukletində Azərbaycan əraziləri olan Qarabağı və Naxçıvanı öz əraziləri kimi göstəriblər. Bundan başqa Türkiyə Cümhuriyyətinin Trabzon, Diyarbakır, Erzurum, Bitlis, Van və digər şərq regionları və Gürcüstanın Cavaxetiya bölgəsi Qərbi Ermənistan adı altında göstərilib. Aksiya təşkilatçıları tədbirin keçirilməsi üçün Moskva hökumətindən icazə aldıqlarını bildirirdilər.

Bu təxribatdan sonra Moskvadakı azərbaycanlı icması Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə baş idarəsinə və digər güc strukturlarına müraciət ünvanlamışdı.

Fərid Əkbərov

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR